Ağ Evin sözçüsü Sionist rejimlə Fələstin Özünüidarə Təşkilatının danışıqlarının səmərəsiz olmasını təsdiqləyib.
Frans Press Ağ Evin sözçüsü “Caş Ernest”-ə istinadən yazıb : Son günlər Sionist rejimlə Fələstin Özünüidarə Təşkilatı nümayəndələrinin müzakirələri ürəkaçan səviyyədə olmayıb.
ABŞ dövlət departamentinin sözçüsü ” Mari Harf ” da bu danışıqların səmərəsiz və nəticəsiz olduğunu təsdiqləyib.
Çərşənbə günü axşam üstü ABŞ-ın dövlət katibi Con Kerri Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas ilə telefon söhbəti zamanı təslimçi müzakirələrin aparılması məqsədilə əlavə məsləhətləşmələrin aparılmasının üzərində təkid etmişdir.
Sionist rejim və Fələstin Özünüidarə Təşkilatının təslimçi müzakirələrinə 2013-cü ilin iyul ayının axırlarında başlandı və qərara alındı ki , 9 ay ərzində tərəflər müəyyən bir razılaşmaya nail olsunlar.
Sionist rejimin öz öhdəliklərinə əməl etməməsinə görə , o cümlədən fələstinli əsirlərin 4-cü qrupunu azad etməməsinə, yaxud fələstinli didərginlərin ana vətənə dönmələrinə razılıq verməməsinə görə danışıqlar nəticəsiz başa çatmışdır .