Müsəlmanların doğranması Miyanmarın ucqar məntəqəsində baş verib. Son vaxtlar Buddist xuliqanlardan ibarət bir qrup 12 müsəlman qadın və uşağı bıçaqla doğram-doğram ediblər. Bu dəhşətli cinayət ört-basdır edilib.
Miyanmarda müsəlmanların qətliamı neçə ildir davam edir və beynəlxalq ictimaiyyət bu qorxunc tragediyadan hələ indi yavaş-yavaş xəbər tutmaqdadır.
BMT-nin Miyanmar üzrə xüsusi məruzəçisi Tomas Ucea Kuintana bu ölkə rəhbərlərindən, Raxin vilayətində, Mayonqda bölgəsində, Doçiyartan kəndində Ruhingiya müsəlmanlarına qarşı təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi repressiyalar barədə təhqiqatlar aparmasını məsələyə aydınlıq gətirilməsini istəyib.
Ucea Kuintana deyib: hökumətdən, nə baş verdiyinə aydınlıq gətirməsini istəyirəm. Dər hal şəffaflaşdırma təşəbbüsləri faciənin daha geniş vüsət almasına mane ola bilər. əgər qırğın və işgəncələr baş veribsə, Miyanmar hökuməti beynəlxalq qanunlara uyğun olaraq dərhal ciddi və tərəfsiz təhqiqatlara başlamalıdır və insan haqlarını kobud şəkildə pozanları cəzalandırmalıdır.
Ruhingiya müsəlmanlarının hüquqlarının tapdalanması ilə əlaqədar 10 il müddətində faktlar toplanılması üzrə Arakan layihəsinin direktoru Kris Loa deyir ki, çərşənbə axşamı yanvarın 13-də Raxin vilayətində yerləşən Duçiyartan kəndində 12 müsəlman qadın və uşaq bıçaqla doğram-doğram edilib. Tamamilə aydındır ki, Miyanmarda Ruhingiya müsəlmanlarına qarşı baş verənlər soyqırımından başqa bir şey deyil və bunu soyqırımı hesab etməsək tam bir cinayəti ört-basdır etmiş olarıq.
Miyanmarda soyqırımı hadisəsinin uzun illər davam etməsinə baxmayaraq təəssüflə beynəlxalq ictimaiyyət bu faciəyə son qoymaq üçün heç bir səy həyata keçirməmişdir.
İslam dininə görə, insanın həyatı müqəddəsdir və İslam təlimləri buna xüsusi diqqət ayırır. Qurani kərimdə bildirilir ki, bir nəfəri öldürmək bütün bəşəriyyəti öldürmək, bir nəfəri ölümdən xilas etmək bütün bəşəriyyəti xilas etmək deməkdir.
Maidə surəsinin 32-ci ayəsində buyurur: hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur
Ruhingiya müsəlmanları qorxulu həyat sürürlər və müsəlmanlar tərəfindən ciddi bir təşəbbüs həyata keçirilməzsə uzun müddətdə onların hamısının məhv olması ya da öz ölkələrindən qovulmaları qorxusu var. Bəli, onlar Miyanmarda müsəlmanları doğrayırlar və çox gec olmamışkən müsəlmanlar birlikdə zülm və istibdad əlini kəsməlidirlər.