İranXƏBƏRLƏR

İran 20 faizlik zənginləşdirməni davam etdirəcək

İranla 5+1 Qrupu arasındakı müzakirələrin yeni dövrü Almatıda sona çatdı və iki tərəf müzakirələrin İstanbulda ekspertlər səviyyəsində keçiriləcəyi haqda razılığa gəliblər. İran İslam Respublikası bir bəyanatda Tehranın 5+1 Qrupu ilə müzakirələrin konstruktiv davranışla təkmilləşdirilməsi zərurətinə təkid etdi. İranın baş nüvə müzakirəçisi Səid Cəlili Qazaxıstanın Almatı şəhərində İranla 5+1 Qrupu arasındakı müzakirələrin ikinci raundunun sonunda bir mətbuat konfransı təşkil edərək, belə deyib: ” İran İslam Respublikası ehtiyacları çərçivəsində uranın zənginləşdirilməsini davam etdirəcəkdir”.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İran xalqının ehtiyacları çərçivəsində uranın 20 faizlik zənginləşdirilməsinin habelə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə danışıqların davamına təkid etdi.

Ali İranın Milli Təhlükəsizlik Şurasının katibi və İranın nüvə baş müzakirəçisi Qazaxıstanın Almatı şəhərində İranla 5+1 Qrupu arasındakı müzakirələrin ikinci raundunun sonunda deyib: ” İran İslam Respublikası ehtiyacları çərçivəsində uranın zənginləşdirilməsini davam etdirəcəkdir”.

İran tərəfindən 20 faizlik yanacağının istehsalının davamı haqda münasibət bildirən İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi sonra deyib: ” NPT sazişinə əsasən İranın ehtiyaclarının təmin edilməsi üçün uranın 20 faizlik zənginləşdirilməsi İran İslam Respublikasının haqqıdır”.

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi həmçinin deyib: 5+1 Qrupu gələcək altı ay ərzində qarşılıqlı etimad yaratmaq istiqamətində aktual addımların atılmasını təklif edib.

Səid Cəlili həmçinin deyib: Bəzi cavablar öncələr ortaya atılanlarla müqayisədə daha artıq reallığa əsasən idi və bəzi hallarda İranın baxışlarına yaxınlaşmağa səy göstərilmişdir.
Cəlili deyib: İran Almatı müzakirələrində addımların tarazlı və eynizamanlı olması habelə, təkliflərin İİR-nin haqları ilə ziddiyyətdə olmamasına təkid etdi.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin deyib: Buna əsasən 16 və 17 martda İstanbulda ekspertlərin iclası, aprelin 5-də isə 5+1 Qrupu ilə siyasi iclasın yenidən Almatıda keçirilməsi haqda razılıq edildi.

Sionist rejimin hazırda nüvə silahı mövzusunda birinci dərəcəli müttəhim olduğunu bildirən Cəlili həmçinin deyib: ” Beynəlxalq ictimaiyyət ciddi formada əzmkarlıqla bu mövzuya baxmalı və beynəlxalq təşkilatlar xüsusilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik sionist İsrail rejiminin tərki-silah edilməsi habelə dünyada nüvə silahlarının yayılmasının qarşısını almaq üçün lazımi hərəkətləri həyata keçirməlidirlər”.

Suriyada cərəyan edən hazırkı hadisələrin, İranla 5+1 Qrupu arasındakı müzakirələrdə araşdırılmış mövzulardan olduğunu bildirən İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi sonra deyib: ” Suriyada terrorçu fəaliyyətlər üçün fürsət yaradan bəzi ölkələr və qüdrətlərin yolu qeyri-demokratik və yanlış olubdur və beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləsi deyildir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu