DünyaXƏBƏRLƏR

İran-ABŞ prezidentləri arasında ilk telefon əlaqəsi

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə telefonda danışıb.

İRİB-in məlumatına görə, cənab Həsən Ruhani Nyu-Yorku tərk etmək məqsədilə öz iqamətgahından hava limanına hərəkət etdiyi bir halda telefon bağlantısı qurulub və iki tərəf müxtəlif məsələlər barəsində bir-birləri ilə danışıqlar aparıblar.

Bu telefon danışığında iki tərəf nüvə məsələsinin tez bir zamanda həlli üçün siyasi iradəni vurğulayıb və digər məsələlər, regional məsələlərdə əməkdaşlığı diqqət mərkəzində saxlayıblar.

Bu telefon danışığında İran və ABŞ prezidentləri həmçinin xarici işlər naziri və dövlət katibini lazımi əməkdaşlıqlara tez bir zamanda zəmin yaratmaq üzrə vəzifələndiriblər.

Obama bildirib ki, onun qənaətincə İranla nüvə razılaşmasını əldə edə bilər.

ABŞ prezidenti deyib ki, bu əlaqə, 1979-cu ildən İran və ABŞ prezidentləri arasında ilk əlaqə olmuşdur.

Barak Obama həmçinin deyib: Bizim vəzifəmizdir ki, diplomatik yolu davam etdirək və ixtiyarımızda misilsiz fürsət qoyaq ki, İranın yeni hökuməti ilə irəliləyək.

İran prezidenti BMT-nin qərargahına sıx iş proqramlı səfərindən sonra Nyu-Yorku Tehran istiqamətində tərk edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu