ABŞ prezidenti bu ölkənin ədliyyə nazirliyinin Associated Press xəbər agentliyinə çalışan jurnalistlərin telefon danışıqlarının gizli şəkildə dinləməsi və jurnalistlərin əldə etdikləri məlumatları məxfi şəkildə ələ keçirməsini müdafiə edib.
Barak Obama Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan ilə Vaşinqtonda birgə mətbuat konfransında ABŞ-ın Baş Prokurorluğunu müdafiə edərək, deyib: Mənim Erik Holderə etibarım tamdır…O, öz vəzifəsini layiqincə yerinə yetirir və ümidvaram elə bu cür də davam etsin.
ABŞ-ın Baş prokuroru Erik Holder Associated Press xəbər agentliyi üçün çalışan jurnalistlərin telefon danışıqlarının dinlənilməsi rüsvayçılığının ifşa edilməsinin ardınca geniş tənqidlərə və qanunvericilik tərəfindən sorğu-suala çəkildiyi halda, Obama onun bu hərəkətini müdafiə edib.
E.Holder çərşənbə günü(15 May 13) tarixində bu qalmaqal ilə bağlı izahat verməsi üçün Konqresə çağırılıb və konqresmenlərin geniş tənqidləri və söz hücumlarına məruz qalıb.
Bəzi respublikaçılar o cümlədən Milli Respublikaçılar Komitəsinin sədri Rins Paribas Holderin istefa verməsini istəyib.
ABŞ-ın Ədliyyə Nazirliyi etiraf edib ki, AP-ın jurnalistlərinin telefon danışıqlarını onların ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ)nin 2012-ci ildə həyata keçirdiyi məxfi bir əməliyyatı ilə bağlı informasiyaları hansı yolla əldə etdiklərini üzə çıxartmaq üçün 2 aydan artıq bir müddət üçün dinləyib.
ABŞ-ın Ədliyyə Nazirliyi AP-ın jurnalistlərinə məxsus olan 20-dən artıq telefon xəttinin dinlənilməsin əsaslandırmaq üçün iddia edib ki, bu işdə məqsəd Yəməndə planlaşdırılan və Amerikaya doğru hərəkət etməli olan bir təyyarədə bombanın quraşdırılması planını üzə çıxartmaq olub.
AP əldə etdiyi məlumatlara istinadla bu təyyarəyə bomba yerləşdirən şəxsin MKİ-nin agenti olduğunu ifşa etmişdi. Halbuki, MKİ-nin keçmiş başçısı Con Bernan bu məlumatın tamamilə məxfi olduğunu bildirmişdi.
AP bu hadisədən agah olduqdan sonra öncə Ağ Ev və MKİ başçılarının tələbinə uyğun olaraq, məlumatı ifşa etməkdən çəkindi. Çünki, AP-ın müxbirinə bu məxfi əməliyyatın hələ də davam etdiyi bildirilmişdi.
Amma, bu xəbər agentliyi 7 May 13 tarixində dövlət rəsmilərinin rəsmən bu əməliyyat ilə bağlı açıqlama vermələrindən bir gün öncə, əməliyyatla bağlı reportajını yayımladı.
O zamandan bəri ABŞ hökuməti AP-ın bu məxfi məlumatı necə əldə etdiyini üzə çıxartmaqda israrlı görünür.
AP isə ABŞ hökumətinin jurnalistlərin telefon danışıqlarını dinləmək üzrə qeyri-qanuni hərəkətini media azadlığına qarşı misilsiz və hərtərəfli təcavüz adlandırıb və Ədliyyə Nazirliyindən bütün informasiyalar və lentə alınmış telefon danışıqlarını media sirlərinin qorunması məqsədilə məhv etsin.
ABŞ-ın baş prokuroru isə Associated Press xəbər agentliyinin hökumətin media fəaliyyəti qarşısında maneələr yaratması ilə bağlı ittihamlarına reaksiyada bu addımı zəruri və vacib adlandırıb və deyib: Bu indiyə kimi şahidi olduğumuz 2-ci ya da 3-cü ciddi haldır. Məxfi məlumatların ifşa edilməsi ABŞ xalqını təhlükə ilə üzləşdirir və bu işə görə kimin məsuliyyət daşıdığını üzə çıxartmaq, son dərəcə ciddi bir əməliyyata və addıma ehtiyaclı idi.