İranİraqXƏBƏRLƏR

İraqçı: İranda həbs olunan Slovakiya vətəndaşlarının üzərindən aşkar edilən təchizatlar qeyri-adi olub

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Tehranda bir qrup Slovakiya vətəndaşının həbs edilməsi xəbərini təsdiq edərək, deyib: Bu şəxslər turist olaraq İrana səfər ediblər və turist vizasına malik olublar. Amma, onların rəftarları və üzərilərindəki təchizatlar qeyri-adi olub. Bu şəxslər İran İslam Respublikası qanunlarını pozublar və bunun ardınca əlaqədar orqanlar tərəfindən həbs ediliblər.

Seyid Abbas İraqçı əlavə edib: Bu şəxslərlə bağlı istintaq davam edir və onların vəziyyətinə aydınlıq gətirildikdən sonra, baxılması üçün iş məhkəmə orqanına təqdim ediləcək.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: Bu şəxslərin həbs edilməsi ilə bağlı Slovakiya dövləti məlumatlandırılıb. Bu ölkənin Tehrandakı səfiri saxlanılan şəxslərin vəziyyətini yaxından izləyir və Vyana Konvensiyasına əsasən konsulluq görüşləri təşkil edilib və onlara konsulluq imkanlarından istifadə şəraiti yaradılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu