Sionist tədqiqatçılardan biri bildirib ki, sionist rejimin dünyanın ümumi fikri arasındakı yeri son dərəcə tənəzzül edib və onun imici və etibarı olduqca qeyri-qənaətbəxşdir.
Qərbin müxtəlif mərkəzləri, xüsusən mədəniyyət mərkəzləri sionist rejim istehsalı olan malları sanksiya etməyə və hətta bu rejimin universitetləri və tədqiqatçıları ilə hər cür əməkdaşlığa mane olmağa çalışırlar.
Svirski əlavə edib ki, sinonist rejim özünü demokratik və insan haqlarına sadiq kimi təqdim edir, lakin fələstinlilərlə rəftar tərzləri sionist rejimin bu özünügöstərməsinə zərbə vurubdur.
Bu tədqiqatçı bildirib: Dünya ölkələri Qüdsün sionist rejimə birləşdirilməsini dəstəkləməyəcək və rəsmən tanımayacaqlar. Onlar sionist qəsəbələrin salınması və ayırıcı divarın tikilməsini də qanunsuz hesab edirlər və Haaqa beynəlxalq məhkəməsi öz hökmündə bu divarın inşasının qanunsuz olduğunu vurğulayıbdır.
Svirski sonra deyib ki, Avropada İordan çayının qərb sahilindəki sionist qəsəbələrdə ishetsal olunan məhsul və malların boykot edilməsi artmaqdadır.
