AzərbaycanXƏBƏRLƏR
Azərbaycan Respublikası müdafiə nazirinin dəyişdirilməsi də Orduda əsgər ölümünə son qoya bilmir
Son günlərdə Naftalanın “N” saylı hərbi hissəsində xitmətdə olan 19 yaşlı idmançı əsgər Orxan Aliyevin ölümü ilə bağlı əsgərin atası Şirazi Alıyev oğlunun öldürüldüyünü bildirir.
Onun əldə etdiyi məlumata görə, oğlu bir neçə hərbçi tərəfindən boğularaq öldürülüb.
Digər tərəfdən dörd gün əvvəl əsgər yoldaşı tərəfindən bıçaqlanan hərbçi Surxay Muradovun səhhəti ağır olaraq qalır.
Mətbuata çıqlama verən əsgərin qohumları bildiriblər ki, Surxay bu gün özünə gəlsə də, hələ ki, bir açıqlama verəcək vəziyyətdə deyil.