İranXƏBƏRLƏR

Zərif : Qarşılıqlı hörmət müzakirələrinin əsasıdır

İran İslam Respublikası xarici işlər naziri İranın sülhməramlı nüvə enerjisi proqramı barəsində deyib: Tehran dünya ilə ciddi müzakirələr üçün hazırdır. Lakin bu müzakirələr əbədi deyildir və “düzgün niyyət, bərabərlik və qarşılıqlı hörmət və mehvərli nəticəyə” əsasən olmalıdır.

Məhəmməd Cavad Zərif Tehranın müzakirələrdə uduş-uduş oyununu vurğuladığına toxunaraq deyib: Beynəlxalq siyasi atmosfer bir-birinə çox bağlıdır və heç bir ölkə digərlərinin mənafeyi hesabına öz mənafeyi ardınca ola bilməz.

İran İslam Respublikası xarici işlər naziri əlavə edib: Bütün dünya bilir ki, biz atom silahı ardınca deyilik və nüvə silahlarının İranın təhlükəsizlik prinsipində heç bir yeri yoxdur.

“Qərb qəbul etməlidir ki, İranı sülhməramlı nüvə proqramına malik olmaq haqqından məhrum edə bilməz və bu proqramın sülhməramlı olmasına arxayınlıq bəxş edə biləcək yeganə yol Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi beynəlxalq təşkilatların nəzarətində proqramın davamına icazə verməkdir” –deyə Zərif bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu