İran Ordusunun baş komandanı bildirib ki, İrana düşmən baxışı yönəldən hər kəsə ibrət dərsi veriləcək.
O, düşmənin öz qüvvələrini hazırladığını, lakin İran Ordusu və Silahlı Qüvvələrin sayıqlıq və dəqiqliklə düşmənin hərəkətlərini izlədiyini qeyd edib. Həmçinin hərbi və silahlı qüvvələrin hazırlıq səviyyəsinin anbaan artırıldığını vurğulayıb.
İran Ordusunun baş komandanı əlavə edib ki, düşmən və onun himayədarlarının səhvinə veriləcək cavab daha sarsıdıcı olacaq.


