İranXƏBƏRLƏR

İran prezidenti Mandelanın vəfatı münəsibəti ilə başsalığı verib

İran İslam Respublikasının prezidenti- Həsən Ruhani bir müraciətdə Cənubi Afrikanın keçmiş prezidentinin vəfat etməsi münasibətilə təəssüf ifadə edərək, bildirib: Nelson Mandella nəinki Cənubi Afrikada, həm də bütün dünyada insanların azadlığı və bərabərliyi barədə şəkkedilməz bir inama malik idi və o, bu düzgün inamda heç zaman tərəddüd etmədi.

Cənubi Afrikanın keçmiş prezidenti, aparteidə qarşı mübarizənin mif rəhbəri , uzun müddət xəstəlik üzündən xəstəxanada yatan Nelson Mandella cümə axşamı günü gecə 95 yaşında vəfat etdi.
Mandella ölümündən qabaq aylarla xəstəlik üzündən xəstəxanada yatırdı. O, aparteidə qarşı mübarizənin mifi kimi 1994-cü ildən 1999-cu ilədək Cənubi Afrikanın prezidenti seçildi, ancaq ondan öncə ömrünün 27 ilini aparteid rejiminin məhbəslərində keçirdi.
O, prezidentlikdən qabaq Cənubi Afrikada aparteidlə görkəmli müxalif fəallardan biri və Afrika Milli Konqresinin rəhbəri idi. O, aparteid dövründə məxfi müqavimət fəaliyyətlərində aktiv iştiraklarına görə, mühakimə olunaraq, zindana salındı. Mandella daim kobudluqdan istifadə etməməyə sadiq idi.
Cənubi Afrikada aparteidə qarşı hərəkatın lideri- Nelson Mandellanın cənazəsi Pretoriya şəhərindəki hərbi qospitala köçürülüb.
Mandellanın cənazəsi qərar üzrə cümə və ya şənbə günü onun istəyi əsasında onun əcdadının diyarı və özünün doğum məkanı olan Qunu şəhərinə köçürüləcək.
Nelson Mandellanın ölüm xəbərinin elan olunması ilə Cənubi Afrika xalqı küçələrə çıxıb və bu ölkənin müqavimət və azadlıq mifinin itirilməsinə görə təəssüf etməklə bərabər, bu liderin fədakarlıqları nəticəsində əldə olunmuş azadlıqlara görə, kollektiv şəkildə Cənubi Afrika xalqının aparteidə qarşı mübarizələrini xatırladan azadlıqsevər nəğmələr oxuyubdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu