Suriyanın informasiya naziri Səudiyyə Ərəbistanının siyasətlərini tənqid edərək bildirib ki, Ərəbistanın pulu, silahı və terrorçuları Suriyadakı qarşıdurmaların davam etməsinin səbəbidir.
Suriyanın informasiya naziri İmran əl-Zəbi etdiyi çıxışında deyib: Səudiyyə Ərəbistanının Suriyadakı silahlı şəxslərə və Ər-Riyadın Suriyaya ezam etdiyi terrorçulara maliyyə yardımı və silahı bu ölkədəki qarşıdurmaların səbəbidir və Ərəbistanın xarici işlər naziri Səud əl-Feysəlin əlləri suriyalı vətəndaşların qanına bulaşıb.