Nəcəf Dini Elmlər Hövzəsi İmam Əli(ə)-ın səhabələrinə edilən hörmətsizliyin ardınca şənbə günü üçün bütün dərslərini tətil edib.
terrorçuların İmam Əli(ə)-ın səhabələrindən olan Hücr ibn Ədinin məqbərəsinə hörmətsizlik etmələrinin ardınca şənbə günü üçün Nəcəf Dini Elmlər Hövzəsində bütün dərslər tətil edilib.
Cümə axşamı günü terrorçular Hücr ibn Ədinin qəbrini qazaraq, indiyə kimi olduğu kimi qalan cənazəni oğurlayıblar.
Hücr ibn Ədi hicrətin 51-ci ilində oğlu və bir qrup digər səhabə ilə birlikdə Müaviyyə ibn Əbü Süfyan tərəfindən şəhid edilib. O, İmam Əli(ə)-ın yaxın səhabələrindən və Nəhrivanda Xəvaricilərə qarşı savaşda İslam qoşununun sərkərdəsi olub.
Əl-Qaidə terror şəbəkəsinə bağlı Əl-Nüsrət terror dəstəsinin üzvləri özlərinin Facebook səhifələrində bir bəyanat yayaraq, Hücr ibn Ədinin məqbərəsinə edilən hücumun məsuliyyətini öz üzərilərinə götürüblər.