İranXƏBƏRLƏR

İran və Oman arasında 60 milyard dollarlıq qaz müqaviləsi imzalandı

İran və Oman arasında İran qazının Omana satışı ilə bağlı 60 milyard dollar dəyərində bir müqavilə imzalanıb.

İranın neft naziri Bijən Namdar Zəngənə bu müqavilənin imzalanması mərasimində deyib: Bu müqaviləyə əsasən İran 2 ildən az müddət ərzində bu qazı Omana ixrac etməyə başlayacaq.

Müqaviləyə əsasən İran qazı Rudan məntəqəsindən Mübarək dağına kimi uzanan boru xətti vasitəsilə və oradan da Omanın Suhar adlı məntəqəsinə nəql ediləcək. İranın Omana verəcəyi qazın 70%-i satış məqsədilə bu ölkəyə veriləcək. Qalan 30%-i isə Omanın LNC zavoduna ayrılacaq.

Bijən Namdar Zəngənə İran və Qətər arasındakı qaz müzakirələri haqda da deyib: İranın Cənubi Pars qaz yatağından istehsal həcmini artırmaq lazımdır ki, bu müzakirələrə daha iqtidarlı daxil ola bilək. Çünki, Qətər İranın vəziyyətinin yaxşı olduğunu hiss etdiyi zaman danışıqlara üz tutur. Əks halda müzakirəyə hazır olmur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu