AsyaDünyaİranXƏBƏRLƏR

“İran xalqı ABŞ rəsmilərinə etibar etmir”

İranın Livandakı səlahiyyətli səfiri bəyan edib ki, İran xalqı amerikalılara etibar etmir və onlar iranlıların etimadını qazanmalıdırlar.

Qəzənfər Rükbabadi Əl-Məyadin Telekanalı ilə müsahibədə, amerikalılar İranın raket sistemləri ilə bağlı məsələləri nüvə anlaşmasına qatmalarının səbəbinə toxunaraq deyib: Bu məsələ ilə yanaşı, ABŞ-ın bir çox media təbliğatı və oyunları, bizim bu ölkəyə qarşı etimadsızlığımızın əsas səbəbidir.
İranın Livandakı səfiri deyib: Bİz hərtərəfli müzakirələrə başladığımız halda bu kimi məsələlərin ortaya atılması müzakirələrin inkişafına heç bir kömək etmir.
Rüknabadi təkidlə bildirib: Nüvə müzakirələrində İndiyə kimi ən əsas məsələ bundan ibarətdir ki çoxlu ortaqlıqlar mövcuddur və İran bildirib ki, müzakirə çərçivəsində yerləşməyən mövzuları müzakirə predmeti kimi qəbul etmir.
İranın Livandakı səfiri deyib: İlk mərhələdə altı ay müddətində olan bir nüvə anlaşması əldə edilib və davamında biz müzakirə mövzularını açıqlayaraq anlaşmanın icrasına ötən aydan etibarən start vermişik.
Rüknabadi açıqlayıb: İran, nüvə fəaliyyəti ilə bağlı qarşı tərəfi əmin etməyə zəmanət verməyə hazırdır.
O deyib: Onlar bu əminliyə çatan kimi İrana qarşı qətnamələri ləğv etməlidirlər

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu