Dünya

İran XİN başçısı Əraqçi: Küveytdəki hadisə müharibəni alovlandırmaq ssenarisinin hissəsidir

İran XİN başçısı Əraqçi: Küveytdəki hadisə müharibəni alovlandırmaq ssenarisinin hissəsidir

İranın xarici işlər naziri Abbas Əraqçi Küveytdə baş verən hadisənin müharibəni alovlandırmaq üçün əvvəlcədən hazırlanmış ssenarinin bir hissəsi olduğunu bildirdi.

Əraqçi italiyalı və küveytli həmkarları ilə telefon danışığında Küveytdə italiyalı vətəndaşların həyatını itirməsi ilə bağlı başsağlığı və həmrəyliyini ifadə etdi. O, hadisənin səbəblərinin aydınlaşdırılması üçün Küveyt və İtaliya ilə əməkdaşlığa tam hazır olduqlarını açıqladı.