İranXƏBƏRLƏR

İranda 2 yeni telekanal istifadəyə verildi

Bu gün İranda ölkə prezidentinin iştirakı ilə “Tamaşa” və “Səlamət” adlı iki yeni telekanal istifadəyə verilib.

“Tamaşa” kanalının əsas fəaliyyət sahəsi İran və xarici kino və serialların ekran edilməsi olacaq. Əlbəttə, xarici filmlərlə müqayisədə İran istehsalı olan filmlər daha üstünlük təşkil edəcək.  “Səlamət” telekanalı isə əsasən adından da göründüyü kimi sağlamlıq və tibb ilə əlaqədar proqramlara üstünlük verəcək.
Hal hazırda bu iki telekanal 24 saatlıq yayım proqramına malikdirlər.

Səlamət və Tamaşa telekanalları da digər telekanallar kimi rəqəmsal yayım sisteminə malikdir. Bu telekanallar İranın sanksiyalara məruz qaldığı bir şəraitdə istifadəyə verilib ki, bu da o deməkdir ki, milli televiziya sanksiyalara əhəmiyyət verməyərək, öz inkişaf proqramlarını davam etdirməkdədir.
İranın Teleradio Təşkilatının Beynəlxalq Əlaqələr ofisindən bildirilib ki, tamaşaçıların ehtiyaclarına uyğun olaraq, digər yeni telekanalların da istifadəyə verilməsi nəzərdə tutulub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu