İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri prezident seçkiləri namizədlərinə tövsiyə edib ki, özlərini debatlara hazırlasınlar. Çünki, bu proqramda digər proqramlarla fərqli olaraq, onlara dəqiq suallar ilə müraciət olunacaq.
İzzətullah Zərğami nazirlər kabinetinin iclası kənarında jurnalistlər qarşısında deyib: Debatlarda aparıcıya namizədlərdən müzakirə ediləcək mövzular haqda dəqiq suallar soruşmaq icazəsi vermişik. Aparıcı namizədlərdən öz proqramlarını dəqiq formada izah etmələrini soruşa bilərlər. Eyni zamanda namizədlər də bir-birilərinə qarşı faktlar əsasında dəqiq fikirlər səsləndirməlidirlər.
İranın Teleradio Təşkilatının sədri əlavə edib: Namizədlər debatlar üçün fürsət ayırmalıdırlar. Statistik məlumatlarını dəqiqləşdirməlidirlər və bilməlidirlər ki, ölkənin ən mühüm məsələləri o cümlədən işsizlik, inflyasiya və iqtisadi inkişafla bağlı dəqiq suallarımız var, proqramlarını açıqlamalarını istəyirik, proqramlarının zəif və güclü nöqtələrini araşdıracağıq.
İranda seçki debatları ən çox izləyiciyə malik olan və ən təsirli seçki proqramlarından sayılır.