AzərbaycanXƏBƏRLƏR

Şamaxının tarixi cümə məscidi İlham Əliyev tərəfindən istifadəyə verildi

Tarixi Şamaxı Məscidi aparılan təmir və bərpa işlərinin ardınca bu gün Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən istifadəyə verilib.

İRİB-nin məlumatına görə, Şamaxının tarixi cümə məscidinin açılış mərasimində bir sıra İslam ölkələri səfirləri o cümlədən İranın Bakıdakı səfiri də iştirak edib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev məscidin açılış mərasimində bu məscidin tarix boyu üzləşdiyi haqsızlıqlar və müsibətlər haqda söz açıb və deyib: Şamaxı Cümə Məscidinin bərpa edilməsi bir daha sübut edir ki, İslam ölməzdir.

İ.Əliyev həmçinin, dövlətin ölkədə dini mərkəzlərin bərpasına, Azərbaycan Respublikasının İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət göstərdiyini vurğulayıb.

Şamaxının tarixi Cümə məscidi Cənubi Qafqazda ən qədim cümə məscidlərindən biri olaraq, 743-cü ildə Xalid ibn Vəlid tərəfindən inşa edilib.

Bu məscid 1859 və 1902-ci il zəlzələləri zamanı habelə, bolşeviklər və ermənilərin 1918-ci ildəki vəhşilikləri zamanı bir sıra zərər və ziyanlara, dağıntılara məruz qalıb.

İlham Əliyev 2009-cu il 24 sentyabr tarixində bu tarixi məscidin bərpası haqda fərman imzalamışdı.

Sumqayıt cümə məscidi də əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra cari ilin 4 may tarixində Azərbaycan Respublikası prezidentinin iştirakı ilə istifadəyə verilmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu