AsyaDünyaİranXƏBƏRLƏR

İranlıların hədiyyə etdiyi qan dünyanın ən sağlam qanlarındandır

İranın Qanköçürmə Təşkilatının sədri bəyan edib ki, İranlılar tərəfindən hədiyyə olan qan dünyanın ən sağlam qanlarındandır zira onların üzərində 4 məcburi sinaq keçirilir.

Əli Əkbər Purfəthullah ötən gün (bazar 2 mart) İranın mərkəzində yerləşən Qom vilayətində müxbirlərə müsahibədə deyib: İranda hədiyyə olan qanların üzərində Beynəlxalq Səhiyyə təşkilatı tərəfindən təklif edilən QIÇS, Hepatit B və C, Sifilis xəstəliyi ilə əlaqədar yoxlamalar aparılır.
İranın Qanköçürmə Təçkilatının sədri İranlıların hər il 2 milyon litr qan hədiyyə etdiklərinə toxunaraq deyib: Bu qanların nisbəti ölkə nüfusu ilə müqaisədə 1000-dən iyirmi yeddidir və bu Yaxın Şərq və Aralıq dənizinin şərq regionunda misilsizdir.
Purfəthullah həmçinin deyib: Hazırda İrandan təxminən 150 min litr Plazma digər ölkələrə ixrac olunur və ortadakı əməkdaşlıqlara əsasən, yeddi və səkkiz laxtalanma faktorları xaricdə istehsal və sonra İrana qaytarılır.
Qeyd etmək lazımdır ki, İran könüllü şəkildə qan hədiyyə edən ölkələr arasında dünyada birinci yerdə durur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu