İran İslam Respublikası kommunikasiya və İnformasiya texnologiyası naziri qərb şirkətlərinin İranda investisiya yatırmağa maraqlı olduqlarından xəbər verib.
İran qəzetinin bu gün (bazar ertəsi 3 mart) verdiyi məlumata əsasən, İranın kommunikasiya və İnformasiya texnologiyası naziri son vaxtlar ümumdünya mobil konqressində iştirak məqsədi ilə İspaniyanın Barselona şəhərinə etdiyi səfər haqda deyib: İran ilə digər ölkələrin xüsusi şirkətləri arasında anlaşmalar və memorandumlar imzalanıb. Bununla bağlı Koreya və qərb şirkətlərinin çoxunun İrand fəaliyyət göstərməyə və ölkəyə yeni texnologiyanın köçürülməsinə maraqlı olduqları diqqətə layiq mövzulardan olub.
İranın kommunikasiya və İnformasiya texnologiyası naziri beynəlxalq mobil konqressində İranlı şirkətlərin və operatorların aktiv şəkildə iştirak etdiyini də vurğualyıb.
Vaizi açıqlayıb: Konqressin kənarında digər ölkələrin nazirləri ilə görüşdə, regional və beynəlxalq sahədə əməkdaşlıqların genişləndirilməsindən əlavə, İranın Beynəlxalq Kommunikasiya Birliyi Şurası (İTU)-a namizədliyi barədə də məsləhətləşmələr və konstruktiv müzakirələr aparılıb.
2014-cü il İspaniyanın Barselon şəhərində keçirilən beynəlxalq mobil sistemləri üzrə konqress (GSMA 2014) mobil telefonları sənayesində böyük önəm daşıyan tədbirlərdəndir.