İranın İslam Şurası Məclisinin millət vəkilləri Misirin müsəlman xalqının qırğın edilməsini pisləyiblər.
İranın İslam Şurası Məclisinin sədr müavini Məhəmməd Rza Bahonər dünən çərşənbə günü məclisin açıq iclasının sonunda deyib: İranın İslam Şurası Məclisinin üzvləri Misir ordusunun bu ölkənin müsəlman xalqının qırğın etməsini pisləyirlər və tam qətiyyətlə Misir ordusundan, xalqın qırğınına son verməsi və demokratik hökumətin öz işinə davam etdirməsinə icazə verməsini istəyirlər.
İranın İslam Şurası Məclisinin sədr müavini həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Misirin günahsız xalqını qırğını haqdakı sükutunu tənqid edib.
Dünən çərşənbə günü( 14 avqust) Misir paytaxtı Qahirə şəhərində Müsəlman Qardaşları qrupu tərəfdarları və bu ölkənin təhlükəsizlik qüvvələri arasında baş vermiş qanlı toqquşmalar zamanı, yüzlərlə nəfər dünyasını dəyişdi və yaralandı.

