Həzərt İmam Rza (əs)-ın şəhadətinin ildönümü mərasimləri dünyanın bir çox ölkələrində, o cümlədən Tacikistan, Qazaxıstan, Türkiyə, İngiltərə, İraq və Amerikada şiələrin mərsiyyəxanlıq və sinəvurmaları ilə qeyd olunub.
İmamət və vilayət səmasının səkkizici parlaq ulduzu İmam Rza (əs)-ın şəhadətinin ildünümü ilə əlaqədar Tacikistan paytaxtı Düşənbə şəhərində keçirilən mərasimdə İran İslam Respublikasının Tacikistandakı səfirliyinin yeni başçısı Seyid Mahmud Sədri çıxış edərək İmam Rza (əs)-ın əxlaqi səciyyələri və elmi fəzilətlərindən danışıb.
Qazaxıstanda isə İranlılar o ölkədə yaşayan digər şiələr o cümlədən əfqanlar və pakistanlılar və Az.R- vətəndaşları ilə yanaşı Almatı şəhərinin Saminül-əimmə hüseyninyyəsində bir araya gələrək İmam Rza (əs)-ın şəhadətinin ildönümündə matəm mərasimləri keçiriblər.
Bu mərasimdə İranın Qazxıstandakı mədəniyyət nümayəndəsi höccətül-islam Sabiri İmam Rza (əs)-ın həyatı və o həzrətin şəhədəti barədə çıxış edib, məddahlar isə növhəxanlıq ediblər.
Həmçinin Qazaxıstan paytaxtı Astana şəhərində isə bənzər mərasim o şəhərdə yaşayan iranlıların iştirakı ilə və İranın səfirlik işçiləri və ölkənin dövlət işçilərinin iştirakı ilə həyata keçirilib.
Əldə edilən məlumata əsasən, Həzrət İmam Rza (əs)-ın şəhadətinin ildünümü münasibəti ilə Türkiyə paytaxtı Ankara şəhərində də əzəmətli mərasim həyata keçirilib.
İran səfirliyinin mədəni attaşesının iştirakı ilə keçirilən bu mərasimdə əhli-beyt (əs) aşiqləri şiələrin 8-ci imamının matəmində matəm keçiriblər.
İraq şiələri ölkənin müxtəlif dini məkanlarına toplaşaraq həmin münasibətlə əzadarlıq mərasimləri həyata keçiriblər. Amerika və İngiltərədə isə şiələr müxtəlif tədbirlər həyata keçirərək, Həzrət İmam Rza (əs)-ın şəhədətinin ildönümü münasibəti ilə əzadarlıq edərək natiqlər o həzrətin müxtəlif əxlaqi və elmi səciyyələri haqda çıxış ediblər.