ABŞ-ın məlumat oğurlama və məxfi izləmə proqramının serverlərinin biri də Azərbaycan Respublikasında yerləşir
Hazırda Rusiyadan sığınacaq alan keçmiş Amerika kəşfiyatçısı Edvard Snoudenin ifşa etdiyi ABŞ-ın məlumat oğurlama və məxfi izləmə proqramının serverlərinin biri də Azərbaycan Respublikasında yerləşir.
“The Guardian” qəzetinin məlumatına görə, ifşası böyük skandal yaratmış proqramın serveri təkcə ABŞ səfirliklərinin mövcud olmadığı ölkələrdə yoxdur.
Rusiyanın “Arqumenti nedeli” həftəliyi proqramın serverinin Moskvadakı ABŞ səfirliyində də yerləşdiyini yazıb və məsələ ilə bağlı radioelektron izləmə üzrə mütəxəssis, Baş Kəfiyyat İdarəsinin istefada olan polkovniki Sergey Novikovdan rəy öyrənib.
Polkovnik jurnalistə deyib ki, ABŞ kəşfiyyatının casus proqramı internetə qoşulmuş hər kəsi izləyə və səsini dinləyə bilir.
Son günlərdə ABŞ kəşfiyyatı bu proqramı əsaslandərmağa cəhd edib onu ABŞ qanunlarına zidd olmayan proqam kimi təqdim etmişdir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də ABŞ kəşfiyyatının bu iddiasını əsaslandırmaq məqsədi ilə onun xəbərini öz internet saytında yerləşdirib.