AsyaDünyaİraqXƏBƏRLƏR

İraq Ordusunun ölkənin şimalında irəliləməsi davam edir

İraqlı qaynaqlar, İraq ordusunun ölkənin şimal bölgələrində irəliləmə kaydettiklerini ifadə etdilər.

İraq terrorla mübarizə təşkilatları İraqın Neyneva və Mosul şəhərlərində İraq Şam İslam Dövləti (IŞİD) terror təşkilatına qarşı əməliyyatların davamına vurğu edərək Mosul və Neyneva elinin prospekt və küçələrini terroristlərdən təmizləməyə davam etməklə məşğul olduqları ifadə edildi.

Digər tərəfdən İraq hökuməti, IŞİD terror təşkilatının İraqın Beyci Neft rafinerisini idarəsinə keçirdiyi istiqamətində çıxan şayiaları təkzib etdi.

İraq Neft Naziri Əbdülkərim Laibi etdiyi şərhdə, Beyci Neft neftayırma zavodusunun IŞİD terror təşkilatının idarəsinə keçdiyi istiqamətindəki xəbərlərin əsassız olduğu, və bu bölgənin tamamilə İraq ordusunun idarəsində olduğunu ifadə edərək, silahlı qrupların neft rafinerisini mühasirə altına aldıqları, lakin müvəffəqiyyətli ola bilmədiklərini açıqladı.

İraqdan gələn bir başqa xəbərdə də, bir foto müxbirinin Cümə axşamı günü İraq ordu qüvvələri və IŞİD terror təşkilatı ünsürləri arasındakı qarşıdurmalar əsnasında həyatını itirdiyi ifadə edildi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu