İraqXƏBƏRLƏR

İraq Rəbiə sərhəd keçidini bağlayıb

İraqın Neynəva vilayətində bir polis mənbəyi bildirib: İraq rəsmiləri Suriya ilə sərhəddə Rəbiə keçidini açılması barəsində məlumat verilənə qədər bağlayıblar.

Bu qərar “Azad ordu” adlanan suriyalı terrorçularla Suriya ordusu arasında əl-Ərəbiyyə keçidində toqquşma baş verdikdən və 5 nəfərin İraq sərhədlərinə daxil olmaq istədikləri zaman İraq qüvvələri tərəfindən öldürüldükdən sonra verilib.

Suriyalı terrorçular Suriyadakı toqquşmanı regionun digər ölkələri, o cümlədən İraqa sürükləmək istəyirlər.  İraq baş naziri Nuri əl-Maliki bir neçə gün öncə Suriyada hökumətin devrilməsinin mənfi nəticələri barəsində xəbərdarlıq etmişdi. Çünki bu məsələ İraq və Livanda tayfa davaları ilə nəticələnəcək və bu ölkələri əl-Qaidənin yeni bazasına çevirəcəkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu