İraqın təhlükəsizlik mənbələri Bağdad, Neynəva və Babil vilayətlərində 3 terror dəstəsinin üzvlərinin ələ keçirilməsindən xəbər veriblər.
İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, bu ölkənin təhlükəsizlik qüvvələri Bağdad, Neynəva və Babil vilayətlərində ordu zabitlərini terror edilməsində rolu olan terrorçuları həbs ediblər.
15 üzvü olan bu 3 terror dəstəsi ordu zabitlərinin evləri və avtomobillərinə bomba quraşdırmaqla onları terror etməklə məşğul imişlər.
Ötən 6 həftə ərzində terrorçular tərəfindən hədəfə alınan İraq ordusu zabitlərinin sayı 43 nəfərə çatıb.
İraq mənbələri Amerika və bəzi region ölkələri o cümlədən Ərəbistan və Türkiyənin terrorçuların silahlandırılmasında rola malik olduqlarını bildirirlər.
