İraqın təhlükəsizlik qüvvələri bu ölkədə bir qrup terrorçunu həbs ediblər.
Bu ölkənin təhlükəsizlik qüvvələri bazar günü(22 dekabr) İraqın mərkəzində yerləşən Babil şəhərinin şimalı və bu ölkənin şərqində yerləşən Vasit şəhərinin şimalında, təqibdə olan habelə İmam Hüseyn(ə) Ərbəyini zəvvarları əleyhinə terrorçu əməliyyat həyata keçirməyi planlaşdıran 26 nəfəri həbs etdiklərini bildirib.
İraqda terror hücumlarının artması ilə bu ölkənin baş naziri Nuri Əl-Maliki İraq ordusundan istəyibdir ki, terrorçu qruplaşmalarla dəmir yumruqla davransın və onları hər yerdə təqibə məruz qoysun ki, İraq torpağı terrorçuların vücudundan tam şəkildə təmizlənsin.