Bazar ertəsi günü İraqda baş verən terror partlayışlarında 14 nəfər həlak olub, 40 nəfər də yaralanıbdır.
Bir terrorçu bu gün özünə partlayıcı qurğunu bağlayıb, İraq polislərinin geyimini geyərək, Mosulda səsvermə mərkəzlərindən birinin yaxınlığında özünü partladıb.
Tibb mənbələri bildiriblər ki, bu partlayışda həlak olanların ilkin sayı üç nəfərdir. Bu partlayışda 9 nəfər də yaralanıbdır ki, onların hamısı polis qüvvələrindən olub.
Həmçinin Bağdadda iki partlayış baş verib ki, bu zaman doqquz nəfər həlak olub, yeddi nəfər də yaralanıbdır.
Bir avtobusda yerləşdirilmiş digər bir bombanın partlması nəticəsində iki nəfər həlak olub, yeddi nəfər də yaralanıbdır.
Bazar günü də İraq xalqı üçün qanlı bir gün olub, belə ki, İraqın mərkəzi və cənub vilayətlərindəki partlayışlarda əlli nəfər həlak olub, yüz əlli nəfər də yaralanıbdır.