İsrail rejiminin kəskin təhlükəsizlik tədbirləri və informasiyaya senzuralarına rəğmən bu rejimin mediaları Suriyada yüzlərlə terrorçunun bu rejimin xəstəxanalarında müalicə olunduğunu bildirirlər.
Sionist Maariv qəzeti növbəti 16 suriyalı terrorçunun sionist rejim xəstəxanalarına köçürülməsindən xəbər verib.
Sionist Vala portalı isə həmin xəbərin təfərrüatı barədə yazır ki, ötən gecə Suriyadan gətirilən 3 terrorçu Səfddə yerləşən Zif xəstəxanasına, başqa 3 terrorçu Əl-Cəlildə yerləşən Nəhariya xəstəxanasına və qalan 10 terrorçu isə sionist rejimin digər xəstəxanalarında yerləşdirilib.
Həmin məlumatda indiyədək ümumiyyətlə Zif xəstəxanasında 199, diqər xəstəxanalarda isə cəmi 174 Suriya terrorçusunun müalicə aldığı bildirilir. Hal-hazırda Nəhariya xəstəxanasında Suriyadan olan 21 terrorçunun müalicə almaqda olduğu qeyd olunur.
Əl-Aləm telekanalı keçmişdə də, Əl-Qaidənin üzvü olan Suriyadakı ifratçı ünsürlərə sionist rejimin müalicə xidmətləri təqdim etməsini bildirmişdi.
Baxmayaraq ki sionist rejim Suriyada yaralanan terrorçulara müalicə xidmətləri göstərəcəyini bildirmişdir ancaq, bu rejim ordusu yaralıların Suriyadan işğal olunmuş Fələstin ərazilərinə köçürülməsi yolları, silahlılarla koordinasiya tərzi eləcə də terrorçuların müalicə prosesinin təfərrüatı barədə məlumat verməkdən çəkinir və bu barədə hər hansı məlumatın yayılması sionist rejim ordusunun elan etdiyi çərçivədə mümkün olur.