Livanda Ərəb və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru bu ölkənin paytaxtı- Beyrutun cənub hissəsində baş vermiş partlayışın səbəbini Müqavimətin sionist-amerikan koalisiyası tərəfindən hədəfə alınması adlandırıb.
Livanda Ərəb və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru- Qalib Qəndil Beyrutun cənub hissəsində bomba qoyuluşunun səbəbləri haqda deyib: Siyasi hesablamalara görə, İsrail-ABŞ-Ərəbistan koalisiyası Müqaviməti və Müqavimətə İsrail rejiminə hücum imkanı verən bütün infrastrukturları hücum hədəfinə alıbdır.
Qalib Qəndil söyləyib: İsrail-ABŞ-Ərəbistan koalisiyası bomba qoymaq daxil olmaqla öz hərəkətləri ilə Livan Müqavimətinə dəstək verən xalqı qorxuya salmağa və livanlılar arasında bir növ çaxnaşma və qorxunu hakim etməyə çalışır, lakin Livan xalqı sayıqdır.
Livanda Ərəb və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru vurğulayıb: Əslində Beyrutun cənub hissəsində partlayış İsrail rejiminin casusluq təşkilatı- MOSSAD-ın və Ərəbistanın Kəşfiyyat Təşkilatının rəisi- Şahzadə Bəndər bin Sultanın Livanın xalqı və Müqavimətinə müraciətidir.
Livanda Ərəb və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru deyib ki, Ərəbistan və sionist rejim öz fitnələrini ABŞ-ın həmkarlığı ilə daxili və regional səviyyələrdə Livanın xalqı və Müqavimətinə qarşı təbliğatlar və siyasi vasitələr yolu ilə icra edirlər.