İranXƏBƏRLƏR

M.Əhmədinejad: QH dünyada ədalətə nail olmaq üçün bir fürsətdir

İran İslam Respublikası prezidenti Qoşulmama Hərəkatını abad və zülmdən uzaq bir dünya qurmaq üçün bir fürsət adlandırıb.

Mahmud Əhmədinejad şənbə günü Qoşulmama Hərəkatının məqsədlərinə nail olmaqda qadınlar və gənclərin rolu ilə bağlı ilk iclasda insanlıqdan uzaq olan düşüncələrin artıq keçmişdə qaldığını deyərək, bildirib: Qoşulmama Hərəkatı zülm, zorakılıq və cinayətlərdən uzaq olan abad bir dünyanın qurulmasında xalqların həmrəy olmaları üçün münasib fürsət sayılır.
İran İslam Respublikası prezidenti əlavə edib: Bu gün dünya əsaslı dəyişikliklər və yeni quruluş qarşısındadır. Zalımlar artıq silah gücünə işğalçılıq və qarətçilik siyasətlərini davam etdirə bilməzlər.
M.Əhmədinejad dünyada sülh, ədalət və rifahın bərqərar, habelə bəşəriyyət üçün izzət və kəramətin təmin edilməsinin dünya xalqları arasında həmrəylik və əməkdaşlıq yolu ilə mümkün olduğunu deyərək, vurğulayıb: İnsanı kamilliyə aparan yol başqalarına xidmət etmək və cəmiyyətdə ədalət, azadlıq və insani dəyərlərin bərqərar edilməsinə səy göstərməkdədir.
İİR prezidenti həmçinin Qadın Gününü əziz tutaraq, qadınları mehribanlıq, eşq və məhəbbət beşiyi adlandırıb və deyib: Bu gün qadınlar beynəlxalq məsələlərdə iştirak etməklə insan və insanlığı müdafiə etməlidirlər.
M.Əhmədinejad yeni beynəlxalq quruluşun formalaşmasında gənclərin də rolunu mühüm adlandırıb və deyib: Gənclər gələcəyə ümid, sevinc, dəyişiklik simvolu olaraq, inkişafa doğru hərəkətin mühərriki sayılırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu