İsveç xarici işlər naziri, İran İslam Respublikası xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini ilə görüşdə, İranın sülhməqsədli nüvə fəaliyyətləri ilə bağlı razılaşmanı müsbət qarşılayıb.
İcveç xarici işlər naziri İran İslam Respublikasının XİN-nin Avropa və Amerika ölkələri üzrə müavini Məcid Təxtirəvançı ilə görüşündə, həmçinin tərəflərin Cenevrə anlaşmasına əsasən, öhdəlikləri nəzərdə tutulduğu kimi yerinə yetirməsinin əhəmiyyəti üzərində təkid edib.
İsveçli həmkarı Karl Biltin dəvəti əsasında iki günlük səfər üçün ötən gün (çərşənbə 27 noyabr) İsveç paytaxtı Stokholma daxil olan Məcid Təxtirəvançı isə NPT razılaşmasına əsasən, İran İslam Respublikasının uranı zənginləşdirmə hüququna malik olduğunu deyərək, Cenevrə anlamasının icra edilməsi üzərində təkid edib.
Bu görüşdə İsveçin xarici işlər nazirinin əvəz edicisi Frank Belfrak isə ikitərəfi və regional məsələlər, o cümlədən Suriya məsləsi baərədə fikirlərini söylədikdən sonra, ikitərəf Suriya məsələsinin siyasi müzakirə yolu ilə həll ediləcəyi üzərində təkid ediblər.
Bu səfərdə həmçinin İran xarici işlər nazirinin müavini və İsveçin ekologiya və ətraf mühit üzrə təşkilatının sədr əvəzi Andres Flanknikdə ekologiya sahəsində iki ölkə arasında ikitərəfli və beynəlxalq əməkdaşlıqların aparılması üzərində təkid edib.