SuriyaXƏBƏRLƏR

Bəşşar Əsəd Həsən Ruhaniyə nə dedi?

Suriya prezidenti çərşənbə günü gecə sasatlarında İran İslam Respublikası prezidenti ilə telefonla danışıb.

 

Bəşşar Əsəd bu telefon danışığında nüvə proqramı barəsində İranın 5+1 qrupu ilə anlaşması münasibəti ilə prezident Həsən Ruhani və İran xalqını təbrik edib.

Suriya prezidenti bu anlaşmanın əldə olunmasında İran diplomatiyasının uğurunu İran xalqının müqaviməti, öz hüququnu vurğulaması və hakimiyyət və istiqlaliyyətin qorunması prinsipi üzrə qərarların çıxarılmasında İslam İnqilabının Böyük Rəhbərinin möhkəm və prinsipial mövqeyinin nəticəsi adlandırıb.

Bu nailiyyəti inkişaf etməkdə olan ölkələrin sülhməramlı nüvə enerjisinə sahib olmaq haqqının təsbit olunması amili kimi qiymətləndirən Bəşşar Əsəd əlavə edib: İranın bu anlaşmadan nailiyyətləri bu ölkənin regional və beynəlxalq mövqeyini gücləndirəcək və bu məsələ öz növbəsində İranla strateji münasibətlərə görə Suriyaya da müsbət təsir göstərəcəkdir.

Prezident Həsən Ruhani də terrorizmlə mübarizədə İranın Suriyaya dəstək olduğunu vurğulayıb və ümidvarlıq edib ki, Suriyanın bütün ərazisinə sülh hakim olacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu