İran xarici işlər naziri, İran İslam Respublikasının Afrika ölkələri ilə əlaqələri inkişaf etdirməkdən yana olduğunu bildirdi.Xarici işlər nazirliyi tərəfindən edilən şərhə görə İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi dünən Tehranda Brundi xarici əlaqələr və beynəlxalq əməkdaşlıq naziri “Loran Cava Kurih ilə etdiyi görüşdə mövcud potensiala təmasla İranın Brundi ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək istədiyini söylədi.Brundi xarici əlaqələr və beynəlxalq əməkdaşlıq naziri “Loran Cava Kurih də bu görüşdə İranın zəngin tarix və sivilizasiyasına təmasla, Brundi’nin İranın üstün potensial və imkanlarından xəbərdar olduğunu və özlərinin də başda kənd təsərrüfatı, səhiyyə, tibb, ticarət olmaq üzrə bütün sahələrdə İranla əlaqələrin inkişaf etdirilməsindən yana olduqlarını söylədi.
