Kanada Qahirədəki səfirliyinin fəaliyyətini dayandırdı.
Röyters-in məlumatına görə, Kanadanın Xarici İşlər Nazirliyi bildirib ki, Kanadanın Qahirədəki səfirliyi Misirdə vəziyyətin gərginləşməsi və böhranın dərinləşməsinin ardınca, təhlükəsizlik səbəbləri üzündən öz fəaliyyətini dayandırıb.
Kanada səfirliyi həmçinin, bu ölkə vətəndaşları üçün bir elektron poçt ünvanı müəyyən edərək, lazım gəldiyi təqdirdə bu elektron poçt vasitəsilə səfirlik ilə əlaqə saxlamalarını istəyib.
Kanada dövlətinin bu qərarı Misir prezidentinin müxaliflər ilə anlaşmaya nail olması üçün ordunun 48 saatlıq ultimatumu ilə müxalifət etməsinin ardınca çıxarılıb.
Qətər səfiri də dünən Misirdə vəziyyətin gərginləşməsinin ardınca Qahirəni tərk edib.