
Ramin Mehmanpərəst Kanada xarici işlər nazirinin son hərəkətini bu ölkənin ifratçı hökumətinin məsuliyyətsiz davranışının baadlandırdı.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu sözləri Kanada xarici işlər nazirinin İran qazını Pakistana nəql edəcək boru kəməri ilə bağlı son sözlərinə reaksiya olaraq deyib.
Kanada xarici işlər nazirinin bu hərəkətini ölkələr arası münasibətlərin möhkəmlənməsinə və beynəlxalq əlaqələrə zərbə vuracaq rəftar hesab edən Ramin Mehmanpərəst daha sonra deyib: Region ölkələrinin daxili işlərinə bu kimi məntiqsiz müdaxilələr Kanada rəsmilərinin beynəlxalq əlaqələrlə bağlı düzgün anlayışa malik olmadıqları və regionun həqiqtlərini dərk edə bilmədiklərini təsdiq edir.
İran XİN sözçüsü əlavə edib: İranın xarici siyasətinin əsas prioriteti regeional əməkdaşlıqların genişləndirilməsi yolu ilə regionda sülh və təhlükəsizliyə zəmant verməkdir.
R.Mehmanpərəst eyni zamanda Kanada rəsmilərinə tövsiyə edib ki, müdaxilə mahiyyətli yersiz rəftarlardan əl çəksinlər və Kanadanı dünya sülhü əleyhinə fəaliyyətlərin mərkəzinə çevirməsinlər.