DünyaXƏBƏRLƏR

Tale Bağırovua dəstək aksiyası gözlənilir

Tale Bağırovun Hüquqlarını Müdafiə Komitəsi mitinq keçirmək üçün mayın 20-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.

Komitənin sədri Elçin Namazov “Media forum” saytına deyib ki, aksiyanı iyunun 1-i saat 16-dan 18-dək Bayıl qəsəbəsində yerləşən sürücülük məktəbinin həyətində keçirmək niyyətindədirlər və meriyaya göndərdikləri məktubda da bunu bildiriblər.

Mitinqdə “Qanunsuz həbslərə son qoyulsun!”, “Qanunsuz həbs olunanlar dərhal azad edilsin!”, “Konstitusion hüquq və azadlıqlarımızın tapdanmasına dözməyəcəyik!”, “Vicdan məhbuslarına, siyasi məhbuslara azadlıq!” şüarlarını səsləndirmək planlaşdırılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu