Tehranın bu həftəki cümə namazının xitabətçisi İranla 5+1 qrupunun nüvə anlaşmasını zəif mövqe hesab etməyib və deyib: Bu anlaşma islam dünyasının başıucalığı və əzəməti üçün sınaq və taktikadır.
Tehranın bu həftəki cümə namazının müvəqqəti xətibi Höccətülislam vəlmüslimin Kazım Siddiqi İranla 5+1 qrupu arasında gələn günlərdə müştərək addımın atılması üzrə proqramın icra olunmasına toxunaraq əlavə edib: İranın müqavimətli xalqı İslam İnqilabının qələbəsindən sonra bütün hədələri fürsətə çevirməyə bacarmışdır.
Höccətülislam vəlmüslimin Siddiqi xalqın İranın nüvə müzakirəçi heyətinin dəstəklədiyini bildirərək söyləyib: İran xalqı heç vaxt zor və təhdidə təslim olmayıb və olmayacaqdır.
Tehranın cümə namazı xətibi eyni zamanda İranın nüvə müzakirəçi heyətinə tövsiyə edib ki, müzakirələrin davamında lazımi diqqətə malik olsunlar və İran İslam Respublikası quruluşunun məsləhəti və qırmızı xətlərini qorusunlar.
Səbra və Şətilada və Livan Hizbullahı rəhbərlərinin terror olunmasında sionist rejimin sabiq baş naziri Ariel Şaronun cinayətlərinə toxunan Höccətülislam vəlmüslimin Siddiqi qərb rəsmilərinin bu cinayətkarın ölümünə başsağlığı verməklərindən təəssüflənib və əlavə edib: Artıq zamanı gəlib çatıb ki, qərb dünyasının xalqları oyansınlar və onların rəhbərlərinin hansı qruplaşmaları və ünsürləri dəstəklədiklərini görsünlər.
Tehranın cümə namazının xitabətçisi Vəhdət həftəsi münasibəti ilə islam dünyasının vəhdətinə zəmanət yolunu ortaqlıqlara söykənmək adlandırıb və deyib: Bütün müsəlmanlar tək Allaha, islamın əziz peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s), ilahi vəhy və islam peyğəmbərinin əbədi möcüzəsi olaraq Quran-Kərimə inanırlar.
Höccətülislam vəlmüslimin Siddiqi bildirib: İslam dünyasının potensialı qüdrət yaradır və əgər bütün müsəlmanlar islamın cahanşümul bayrağı altında birləşərlərsə, beynəlxalq islam hökuməti dünyanın hər bir yerində bərqərar olacaqdır.
