DünyaXƏBƏRLƏR

Zərif ilə Eşton Nyu-Yorkda görüşəcəklər

ABŞ xarici işlər nazirliyinin sözçüsü İran İslam Respublikası xarici işlər naziri ilə Avropa Birliyi xarici siyasət koordinatoru arasında müzakirələrin yeni dövrünün necə keçiriləcəyini təsdiqləyib.

İRNA-nın verdiyi məlumata əsasən, Cenifer Saki ötən gün (bazar 27 yanvar) müxbirlər qarşısında İran xarici işlər naziri Məhəmmədcavad Zərif və Avropa İttifaqı xarici siyasət koordinatoru Katrin Eşton arasında fevral ayının ortalarında Nyu-Yorkda aparılacaq müzakirələrinin xəbərini təsdiqləyərək, deyib: Bu müzakirələr Avrpoa xarici siyasət koordinatoru və İran xarici işlər nazirinin təklifi əsasında baş tutacaqdır.

O eyni halda təkidllə bildirib ki, müzakirənin aparılacağı zamanı hələ dəqiqləşməyib.

Saki ABŞ dövlət katibi Con Kerrinin bu müzakirələrə qatılacağı ehtimalı haqda isə deyib: Bu məsələ hələki planlaşdırılmayıb.

İran və qərb rəsmiləri ötən gün bildiriblər ki, yekun razılaşmanın əldə edimləsi məqsədi ilə İran ilə 5+1 qrupu arasında aparılan yeni dövr müzakirələr fevralın ortalarında Nyu-Yorkda keçiriləcəkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu