DünyaXƏBƏRLƏR

Kuba ilə İran əlaqələrinin inkişafı üzərində təkid

Kuba Kommunist Partiyasının (hakim partiya) beynəlxlaq məsələlər üzrə təmsilçisi, İran və Kuba kimi inqilabçı ölkələrdən istəyib ki, müstəmləkəçi qüvvələrin ekspansionist siyasətləri qarşısında müxtəlif sahələrdə əməkdaşlıqlarını genişləndirsinlər.

Kuba Kommunist Partiyasının mərkəzi komitəsinin üzvü və beynəlxlaq məsələlər üzvə məsulu Xoze Ramun Balager İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi ilə görüşdə, iki ölkə arasındakı münasibətlərin güclənməsi və imperializmə, xüsusi ilə müstəmləkəçi qüvvələrə qarşı davamlı mübarizənin zəruriliyi üzərində təkid edib.

Kuba rəsmisi, Amerikanın Kubaya qarşı tətbiq etdiyi 55 illik sanksiyalarına rəğmən bu ölkənin davamlı inkişafı sirrinin, inqilab prinsiplərinə əsaslanmaq və hökumətin müxtəlif siyasətlərinin ictimailəşdirilməsiolduğunu bildirib.

Brucerdi isə, İranın, İslam inqilabından öncə və sonrakı vəziyyətini müqayisə edərək, ölkədə müxtəlif elmi, müdafiə, nüvə sahəsində əldə edilən nailiyyətlərə toxunaraq deyib: İslam İnqilabının ən mühüm nailiyyəti, İslam İnqilabının banisi İmam Xomeyni(rə) və İslam İnqilabının Ali Rəhbərinin göstərişləri əsasında milli səviyyədə özünəinam hissinin güclənməsi olmuşdur.

İran İsalm Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri həmçinin Yaxın Şərq regionundakı dəyişiklikəri və ABŞ və müttəfiqlərinin Müqavimət mehvərini regionda məhv etmək üzrə geniş planlarının məğlubiyyətə uğramasını şərh edərək, Kuba hakim partiyasının sədri ilə fikir mübadiləsi aparıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu