İranSuriyaXƏBƏRLƏR

Laricani: İslahat topla, qılıncla olmaz

İran İslam Şurası Məclisinin sədri deyib: İslahat yalnız xalqın səsi ilə həyata keçirilir və heç vaxt islahat topla, qılıncla və silahla olmur.

Əli Laricani Suriya Milli Məclisinin sədri Məhəmməd Cihad əl-Lihamla görüşdən sonra jurnalistlərə deyib: Biz üsyançı qüvvələrlə mübarizə aparan Suriya xalqının müqavimətini alqışlayırıq.

“Suriyanın gələcəyinin səs qutularından çıxmasına dair bu ölkə hökumətinin baxışını dəstəkləyirik və qənaətimizcə, islahat yalnız topla, silahla deyil xalqın səsi ilə həyata keçir” –deyə Laricani söyləyib.

İran parlament sədri əlavə edib: Bizim Bəhreyn barədə də həmin mövqeyimiz vardır.

Kimyəvi silahlardan istifadə yalanının iddiası xalqın müqavimətinə görədir

Suriya Milli Məclisinin sədri deyib: Ərəb ordusunun qələbələri və Suriya düşmənləri və müxalifləri qarşısında xalqın müqavimətindən sonra onlar kimyəvi silahlardan istifadə yalanı ideyasına üz tutublar.

“Suriya regionda müqavimət mehvərinin əsas xəttidir və onlar bu mehvəri hədəfə alaraq məhv edə biləcəklərini güman edirlər. Lakin yanlışlıqdadırlar” –deyə əl-Liham bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu