İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Sionist rejim başçılarının nüvə razılaşması haqdakı sözlərini gülünc adlandırıb.
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri- Əli Laricani bu gün Omana işgüzar səfərinin sonunda müxbirlər qarşısında “İsrail rejimi nüvə razılaşması prosesində təsirli ola bilərmi?” sualının cavabında deyib: Sionist rejim o qədər təsirli deyildir ki, İran ilə 5+1 qrupu arasındakı müzakirələrdə təsirli ola bilsin.İslam Şurası Məclisinin sədri həmçinin özünün Oman kralı ilə baş tutmuş müzakirələri barədə deyib: Sultan Qabusun baxışı İranla siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsidir.
İranın qanunvericilik orqanının başçısı Ərəbistanın Cenevrə razılaşmasına olan münasibəti haqda da deyib: Ərəbistan regionun mühüm ölkələrindəndir və Tehran keçmişdən bəri bu ölkə ilə yaxın əlaqələrə malik olub. Əlbəttə, bəzi məsələlərdə fikir ayrılıqları da ola bilər, lakin islam birliyi və qardaşlıq sahəsində iki ölkə fikir birliyinə malikdir.
Laricani sonra deyib: Cenevrə razılaşması mütləq regionun xeyrinədir, bir də İran heç vaxt region və islam ölkələrini sionist rejim qarşısında tənha qoymayıbdır, belə ki, İsrail rejimi 33 günlük müharibədə Livana və 22 və 8 günlük müharibələrdə Qəzzə zolağına hücum edərkən İran Livan və Fələstin xalqlarını himayə etdi.
İslam Şurası Məclisinin sədri İranın Suriya ilə bağlı münasibəti barədə isə belə deyib: Regiondakı hərbi rəftarlar region problemlərinin həllinə kömək etmir və Tehran Suriyada demokratiyanın zənginləşməsi qənaətindədir, lakin bu güllə ilə deyil, xalqın içindən yaranmalı və onun istəyi ilə olmalıdır.
Laricani “Bəzi region ölkələri özləri demokratiyanı təcrübə etmədikləri halda, Suriyada demokratiya üçün ürəkyananlıq edirlər” deyərək, təəssüf hissi ilə bildirib: Suriya böhranından keçən iki ildən bir az çox müddətdə tamamilə məlum oldu ki, Suriyadakı mühüm məsələlərdən biri, müqavimətin zəiflədilməsidir və bu sahədə region ölkələri diqqətli olmalıdırlar ki, yenidən səhvlər buraxmasınlar.
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Omana üçgünlük səfərinin və bu ölkənin kralı- Sultan Qabus, habelə Omanın xarici işlər naziri, Sultanlıq Şurası Məclisinin sədri və Senatın sədri ilə görüşlərinin sonunda bu gün Tehrana geri dönüb.