Aleksandr Dugin: Bakı birdəfəlik dərk etməlidir
Moskva Beynəlxalq Universitetinin professoru və Avrasiya Hərəkatının sədri- Aleksandr Dugin təklif edib ki, Azərbaycan R. və Rusiyanın prezidentləri- İlham Əliyev və Vladimir Putinin müzakirələrinin uğurlu keçməsi üçün dəlilsiz olaraq Azərbaycan R-da olan sionistlər bu respublikadan çıxarılsınlar.
Aleksandr Dugin “Vesti.az” saytı ilə müsahibədə deyib: Hazırda çoxlu sayda sionist dəlilsiz olaraq Azərbaycan R-dadır.
Məncə, bu şəxsləri Putinin Azərbaycana səfərindən öncə bu ölkədən çıxarmaq lazımdır ki, müzakirələr bir kəs tərəfindən maneə yaradılmadan dostcasına və sakit bir atmosferdə keçsin. Moskva Beynəlxalq Universitetinin professoru söyləyib: Regionda qüvvələr müvazinəti dəyişməkdədir və Amerika daha məntəqənin siyasətinin təyinedicisi deyil. Hətta ötən bir neçə ildə özünü məntəqədə təyinedici bir qüvvə hesab edən Türkiyə də özünün bütün siyasi planlarında uğursuzluğa düçar olub və daha saya salınmır. Misal üçün, Türkiyənin qüdrəti Ərdoğana qarşı etirazlar və həmin ölkənin cənub məntəqələrindəki qarmaqarışıq və çaxnaşmalı vəziyyətə görə, son dərəcə zəifləyib və onun Suriya qarşısındakı siyasətləri nəticəsiz qalıbdır.
Bu rus ekspertin əqidəsincə, bütün bu dəyişikliklər Bakıya bir xəbərdarlıqdır ki, Amerika ilə danışıqlarının yenidən başlanması və Qərbə yaxınlaşmaq üzrə yeni bir səyi Azərbaycana hərc-mərclik və dağılma dalğasının sirayət etməsinə səbəb olacaq.
Moskva Beynəlxalq Universitetinin professoru əlavə edib: Əgər Əliyev Saakaşvili, Mursi və Ərdoğan kimi qərbpərəst rejimlərin yolunu getmək istəyərsə, bu, Moskvanın narazılığı ilə üzləşə bilər. Bakı birdəfəlik dərk etməlidir ki, ABŞ və Türkiyə AR-in ərazi bütövlüyünün zamini deyillər və sırf olaraq Rusiya bu qüdrətə malikdir. Əgər Rusiya bununla bağlı mövqeyini dəyişərsə, onda Azərbaycan Respublikası həmişəlik olaraq öz ərazi bütövlüyünü unutmalıdır.
Aleksandr Dugin əlavə edib: Bu qənaətdəyəm ki, Əliyev-Putin görüşü son dərəcə dostluq atmosferində keçiriləcək. Əlbəttə, bu şərtlə ki, Əliyev bu görüşdə Putinə söz versin ki, Azərbaycan bundan belə, Amerikanı unudubdur.