AsyaİranXƏBƏRLƏR

İran və İtaliya xarici işlər nazirləri birgə mətbuat konfransı veriblər

İranın xarici işlər naziri deyib: İran İslam Respublikasının Suriyada müsbət rol oynamasına mane olmaq qeyri-real bir hərəkətdir.

İranın xarici işlər naziri- Məhəmməd Cavad Zərif bazar günü Tehranda İtaliyanın xarici işlər naziri- xanım Emma Benino ilə birgə mətbuat konfransında İranın Suriya barədə olan Cenevrə-2 beynəlxalq konfransında iştirakı ilə bağlı, həmin ölkə böhranının hərbi həll yolunun olmadığını bildirərək, əlavə edib: İranın Suriya barədə müsbət rol oynamasına mane olacaq baxış bu məsələnin həllinə kömək etməyəcək.
Zərif eyni zamanda Suriya böhranının həlli ilə bağlı siyasi səylərin nəticə verəcəyinə ümidvarlıq edərək, deyib ki, səylər reallığa əsaslanmalıdır.
İranın xarici işlər naziri İran İslam Respublikasının Suriyada kobudluq və ifratçılığa son qoyulması sahəsində ciddi olduğunu vurğulayaraq, söyləyib: Suriya xalqının özü öz müqəddəratını təyin etməlidir və başqaları yalnız bu sahədə ona kömək edə bilər, lakin onun yerinə qərar çıxara bilməzlər.
Zərif vurğulayıb ki, bəzi təzyiqlərdən təsir alan siyasi mülahizələr heç vaxt Suriya böhranında təsirli olmayıb və o qədər də köməklik edə bilməyibdir.
İranın xarici işlər naziri həmçinin Cenevrədə İran ilə beş üstəgəl bir qrupu arasındakı ekspert müzakirələrinin zəif inkişaf etməsi haqda deyib: Müzakirənin təbiəti belədir ki, onda müxtəlif səviyyələr iştirak etsinlər və İranın ekspert səviyyəsində olan müzakirə qrupu ardıcıl surətdə müzakirədə iştirak edir.
Zərif əlavə edib: İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini- Seyid Abbas İraqçı da avropalı heyətdə özü ilə eyni səviyyədə olan şəxslər və beş üstəgəl bir qrupu üzvləri ilə təmasdadır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu