Suriyada ordu qüvvələri ilə terrorçular arasında çıxan toqquşmalarda onlarla terrorçu məhv edilib.
Livanın əl-Əhd internet portalının məlumatına görə, Suriya ordusu şənbə günü Deyrizzur, Rif Dəməşq və Hələb şəhərlərinin terrorçulardan təmizlənməsi əməliyyatları zamanı çıxan toqquşmalarda onlarla terrorçunu məhv edib.
Terrorçuların Suriyada uğur qazana bilməməsi artıq onların öz aralarında ixtilaflara və toqquşmalara səbəb olub. Belə ki, İraq və Şam İslam Dövləti adlı terror birləşməsi Əsəd hökumətinə qarşı savaşan Azad Suriya Ordusu adlı yaraqlı dəstənin iki liderini öldürüblər.
Azad Suriya Ordusu adlı yaraqlı dəstənin komandanları Əhməd əl-Cəhar və Məhəmməd əl-Qazi ABŞ-dan gələn yeni tədarükat yükünün Türkiyə sərhədi vasitəsilə Suriyanın şimal məntəqələrinə köçürülməsi zamanı İraq və Şam İslam Dövləti adlı terror dəstəsinin hücumuna məruz qalaraq, öldürülüblər.
Suriya üç ilə yaxındır ki, təhlükəsizlik böhranı ilə üzləşib və silahlı toqquşmaların şahididir. İndiyə kimi terrorçular tərəfindən törədilən qanlı hücumlar nəticəsində minlərlə hərbçi və sivil vətəndaş həyatını itirib. Əsasən xarici ölkələrdən Suriyaya gəlmiş bu terrorçular bəzi Qərb və Ərəb dövlətləri habelə, Türkiyə tərəfindən himayə olunurlar.
