Misirdə bir kilsə qarşısında baş verən toqquşmada ən azı iki nəfər həlak olub.
Misir Səhiyyə Nazirliyi bazar ertəsi günü bir bəyanatda bildirib: Qahirədə Coptic kilsəsi qarşısında baş verən toqquşma nəticəsində ən azı 2 nəfər ölüb.
Xristian və müsəlmanlar arasında baş verən bu toqquşmada 30 yaşlı bir gənc və hələlik kimliyi bəlli olmayan başqa bir nəfər həlak olub.
Misir Səhiyyə Nazirliyinin bildirdiyinə əsasən, bu toqquşmada ən azı 89 nəfər də yaralanıb.
Bu məlumata görə, cümə günü Qahirənin şimalında baş verən toqquşmada da 5 nəfər həlak olub.
