DünyaXƏBƏRLƏR

Məhəmməd Nəccar: İran narkotiklərlə mübarizədə qətiyyətlidir.

İran İslam Respublikası daxili işlər naziri narkotik maddələrlə mübarizə istiqamətində İranın iradəsinin qətiyyətli olduğunu bildirib.

Mustafa Məhəmməd Nəccar Vyanada keçirilən BMT-nin Narkotik Maddələrlə Mübarizə Komissiyasının 56-cı illik sessiyasının sonunda İRİB-ə müsahibəsində deyib: Bu iclasda İran İslam Respublikası narkotik maddələrlə mübarizədə ön cəbhədə duran ölkə kimi irəli sürüldü ki, bu yolda ciddi mübarizədə güclü iradəyə malikdir və indiyə qədər bu yolda çoxlu vəsaitlər sərf etmişdir.

Əfqanıstan və qonşu ölkələrin regional proqramı iclasının rəhbəri seçilən Nəccar deyib: Beynəlxalq ictimaiyyət beynəlxalq problem olan narkotik maddələr sahəsində iştirak və əməkdaşlıqdan əlavə, ön cəbhədə olan ölkələrə mübarizənin vəsaitinin bir hissəsini ödəməlidirlər. Çünki narkotik maddələrin əsas tələbatçısı qərbdir. Lakin ön cəbhədə duran ölkələr mübarizənin xərclərini ödəyirlər.

BMT-nin Narkotik Maddələrlə Mübarizə Komissiyasının 56-cı sessiyası bazar ertəsi və çərşənbə axşamı günləri iki gün müddətinə Vyanada keçirildi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu