İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəmin Xarici İşlər Nazirliyinin yeni mətbuat katibi seçildiyini elan edərək,vurğulayıb: Səfirlər və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin seçilmələri və təyin edilmələrində əsas meyar, şəxslərin ixtisasları və səlahiyyətləridir.
Seyyid Abbas İxtisas və səlahiyyətlər üzrə bərabər şəraitdə xanımlara üstünlük verilə bilər. Bu, həmin məsələnin xarici siyasət sahələrində buraxdığı müsbət təsirə görədir. Bununla belə, əsas meyar yenə də mətbuat katibi vəzifəsi üçün mövcud olmalı olan ixtisasdır.
Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Mətbuat katibi şəxslərin diplomatiya-media sahəsindəki ixtisas və əmək təcrübələri, həmçinin şəxsi qabiliyyətlərinə əsasən seçilir və məlumdur ki, birinci və üstün meyar, şəxslərin ixtisası olubdur və olacaqdır.
O, xanım Mərziyyə Əfxəmin Xarici İşlər Nazirliyinin sözçüsü seçilməsinə işarə edərək, deyib: O, diplomatiya-media sahəsində böyük keçmişə və təcrübəyə malik olub. O, bir dövrdə İnformasiya və Mətbuat İdarəsinin baş müdiri olub və hal-hazırda da Xarici İşlər Nazirliyinin Ümumi Diplomatiya İdarəsinin baş müdiridir.