Bir sionist jurnalist fələstinlilərin sionist hərbçilər tərəfindən rəhmsizcəsinə qırğın olunmalarını etiraf edib.
Sionist jurnalist- Gedo Livi şənbə günü sionist Haarets qəzetində dərc olunmuş bir məqalədə fələstinlilərin sionist hərbçilər tərəfindən geniş surətdə qırğın olunmalarına işarə edərək, deyib: Sionist hərbçilər özünü müdafiə edən hər bir fələstinlini dərhal qətlə yetirir və ondan sonra da iddia edirlər ki, səhvən onu qətlə yetiriblər.
Sionist jurnalist bildirib ki, sionist hərbçilər fələstinliləri qırğın etdiklərinə görə, əsla istintaqa cəlb olunmur və ya mühakimə edilmirlər. O, söyləyib: Sionist hərbçilər fələstinli aksiyaçılara tərəf atəş açmaq üçün azaddırlar və hətta psixoloji cəhətdən problemə malik olan hər bir kəs Qəzzə Zolağı sərhədlərinə yaxınlaşarsa, o da ölümə məhkumdur.
Sionist jurnalist həmçinin İsrail rejimi ordusunun baş qərargah rəisi- Beni Qants-ı fələstinlilərin sionist hərbçilər tərəfindən qırğın olunmaları əməliyyatına birbaşa nəzarətdə ittiham edərək, deyib ki, o, hər həftə azı üç və ya dörd nəfərin onun əmri ilə qətlə yetirildiyi komandanlardandır.
Livi dünya ictimaiyyətinin fələstinlilərin qırğını qarşısında səhlənkarlıq etməsinə işarə edərək, söyləyib: Medialar da bu barədə real məlumatlar yaymırlar və sionist siyasətçilər də bu vəziyyətdən razıdırlar.